"Türkiyənin xarici siyasətinin təməlini dialoq və danışıqlar təşkil edir", R.T. Ərdoğan

Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının yaranmasının  19-cu ildönümü tədbirində çıxış edib.

1472600
"Türkiyənin xarici siyasətinin təməlini dialoq və danışıqlar təşkil edir", R.T. Ərdoğan

"Oruç Reis" seysmik tədqiqat gəmimizə hücum etməyin, hücum etsəniz bunun cavabı ağır olar dedik və bu gün ilk cavabı aldılar". 
Bunu Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının yaranmasının  19-cu ildönümü tədbirində çıxışı zamanı deyib.
Ərdoğan çıxışında Şərqi Aralıq dənizində artan gərginliyə toxunaraq deyib ki, gəmimizə hücum etməyin, hücum etsəniz bunun cavabının ağır olacağını söylədik və bu gün ilk cavabı aldılar. 

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və digər dövlət başçıları ilə davamlı təmasda olduğunu ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin xarici siyasətinin təməlini dialoq və danışıqlar təşkil edir.
Ərdoğan bütün dünyada təsirli olan yeni növ koronavirus (Covid-19) epidemiyasının və təsirlərinin aradan qalxması ilə iqtisadiyyatda yeni bir dövrə giriləcəyinə işarə edərək İnanıram ki, bu dövr dirçəliş dövrü olacaq" deyib.



Әlaqәli Xәbәrlәr