Türkiyə Fələstin xalqı və hakimiyyəti tərəfindən göstərilən sərt reaksiyanı haqlı sayır

Xarici İşlər Nazirliyi (XİN) İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik əlaqələrin qurulması ilə bağlı bəyanat yayıb.

1472890
Türkiyə Fələstin xalqı və hakimiyyəti tərəfindən göstərilən sərt reaksiyanı haqlı sayır

Xarici İşlər Nazirliyi (XİN) İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik əlaqələrin qurulması ilə bağlı bəyanat yayıb.

XİN-in bəyanatında bildirilib ki, Türkiyə bununla bağlı Fələstin xalqı və hakimiyyəti tərəfindən göstərilən sərt reaksiyanı haqlı sayır.

“BƏƏ-nin həqiqəti əks etdirməyən və ABŞ planını reallaşdırmaq istədiyi bu davranış Fələstin xalqının iradəsinin əleyhinədir. BƏƏ-nin İsraillə anlaşaraq Fələstin əleyhinə qərar verməsini qınayırıq. Bu xəyanəti tarix unutmayacaq və bölgə xalqları bağışlamayacaq”, - deyə bəyanatda qeyd olunub. 

BƏƏ və İsrail arasında diplomatik əlaqələrin qurulması sazişi
ABŞ prezidenti Donald Tramp avqustun 13-də İsrail və BƏƏ-nin "münasibətlərini tamamilə normallaşdırmaq" barədə razılığa gəldiklərini elan edib.
Bu barədə Tramp rəsmi "Twitter" hesabından verdiyi məlumatda "Bu gün nəhəng addım atıldı. İki böyük dostumuz İsrail və BƏƏ arasında tarixi sülh müqaviləsi" ifadələrini işlədib
İsrailin Baş naziri Binyamin Netanyahu sosial media hesabından Trampın paylaşmasından sitat gətirərək, "Bu tarixi bir gündür" deyib. BƏƏ rəsmi xəbər agentliyi "WAM"-ın yaydığı xəbərdə isə İsrail və BƏƏ-nin diplomatik əlaqələrinin qurulması üçün "ortaq yol xəritəsi" müəyyənləşdirmək barədə razılığa gəldikləri və iki ölkənin rəsmilərinin yaxın həftələrdə bir araya gələrək fərqli sahələrdə ikitərəfli müqavilələr imzalayacağı bildirilib.
BƏƏ 1979-cu ildə Misirdən və 1994-cü ildə İordaniyadan sonra İsrail ilə diplomatik əlaqələrin qurulması  sazişi imzalayan üçüncü ərəb ölkəsi olub.



Әlaqәli Xәbәrlәr