Türkiyə PKK ilə əlaqədar İraqa xəbərdarlıq etdi

Türkiyə İraqın terror təşkilatı PKK ünsürlərinə qarşı tədbir görülməsinin bu ölkənin öhdəliyində olduğunu bildirdi.

1471914
Türkiyə PKK ilə əlaqədar İraqa xəbərdarlıq etdi

Türkiyə İraqın terror təşkilatı PKK ünsürlərinə qarşı tədbir görülməsinin bu ölkənin öhdəliyində olduğunu bildirdi.
Xarici İşlər Nazirliyi terror təşkilatı PKK-nın İraqdakı təşkilatlanması ilə əlaqədar açıqlama verib. 
Açıqlamada deyilir:
"İllərdir İraqda təşkilatlandığı bölgələrdən ölkəmizə hücum edən PKK terror təşkilatı İraqın suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə və sabitliyinə də təhdid təşkil edir. Ölkəsində PKK ünsürlərinə qarşı lazımi tədbirlər görmək ilk növbədə İraqın məsuliyyətidir. Ölkəmiz bu məsələdə İraqla əməkdaşlığa hazırdır. Ancaq PKK-nın İraqdakı mövcudluğuna göz yumulmağa davam edilsə, ölkəmiz harada olursa olsun, sərhədlərinin təhlükəsizliyi üçün lazımi tədbirlər görmək əzmindədir. İraqı bu istiqamətdə lazımi addımlar atmağa və ölkəmizə qarşı əsassız iddialar irəli sürmək üçün fürsət görüb bəzi digər ölkələri və regional təşkilatlara müraciət edərək terrorçuları təşviq edən və terrorizmlə mübarizədə ikili standartları özündə cəmləşdirən yanaşmalarına son qoymağa və prinsipial münasibət göstərməyə çağırırıq".



Әlaqәli Xәbәrlәr