"Oruç Reis" seysmik tədqiqat gəmisini hərbi donanma müşayiət edir

Şərqi Aralıq dənizində fəaliyyətə başlayan "MTA Oruç Reis" seysmik tədqiqat gəmisini Türkiyənin hərbi donanması müşayiət edir

1470782
"Oruç Reis" seysmik tədqiqat gəmisini hərbi donanma müşayiət edir

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Şərqi Aralıq dənizində fəaliyyətə başlayan "MTA Oruç Reis" seysmik tədqiqat gəmisini Türkiyənin hərbi donanması tərəfindən müşayiət edildiyini və qorunduğunu bildirdi.

  Milli Müdafiə Nazirliyi "Twitter" hesabından verdiyi açıqlamada Türkiyənin Şərqi Aralıq dənizində kontinental sahələrdə  seysmik araşdırma fəalliyətini başladan  "MTA Oruç Reis" araşdırma gəmisi tərəfindən Türkiyənin Hərbi Donanmasının müşayiət və qoruma təmin etdiyi ifadə edilib. Açıqlamada "Türkiyə Silahlı Qüvvələri beynəlxalq hüquqa əsaslanan hüquqlarımızı, mənafelərimizi və maraqlarımızı qorumaq üçün əzm və qətiyyətimiz çərçivəsində vacib olan tədbirləri gördü" ifadəsi işlədilib.



Әlaqәli Xәbәrlәr