Prezident Rəcəb Tayyib Ərdoğanın tarixi çağırışı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabineti yığıncağından sonra açıqlama verib

1470478
Prezident Rəcəb Tayyib Ərdoğanın tarixi çağırışı

 

  "Aralıq dənizindəki bütün ölkələr bir araya gəlsin. Hər kəs üçün məqbul və hər kəsin hüquqlarını qoruyan bir yol tapaq". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabineti yığıncağından sonra verdiyi açıqlamada söyləyib.

  Türkiyənin Şərqi Aralıq dənizindəki ziddiyətlərin dialoq yolu ilə və ədalətin əsas götürüldüyü zəmində həllinə hər zaman hazır olduğunu bildirərərək deyib: "Türkiyənin heç kəsin qanuni haqqında, torpağında, dənizində gözü yoxdur. Amma Türkiyəni sahillərinə həbsetmə təşəbbüslərini də əsla qəbul etmərik. Biz deyirik ki, gəlin Aralıq dənizindəki ölkələr olaraq bir araya gələk. Hər kəsin hüquqlarını qoruyan bir yol tapaq. Bu mövzuda sağlam düşüncə hakim olanadək Türkiyə meydanda və diplomatiya sahəsində öz planlarının tətbiqini davam etdirəcək".



Әlaqәli Xәbәrlәr