Türkiyə heyətinin Livana dəstək səfəri başa çatıb

Türkiyənin vitse-prezidenti Fuad Oqtay və heyəti Beyrut limanında baş verən partlayışdan sarsılan Livana dəstək səfərini tamamlayaraq vətənə dönüblər

1469550
Türkiyə heyətinin Livana dəstək səfəri başa çatıb

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay və heyəti Beyrut limanında baş verən partlayışdan sarsılan Livana dəstək səfərini tamamlayaraq vətənə dönüblər.

  Fuad Oqtay ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə-Livan Parlamentlərarası Dostluq Qrupunin sədri, Ədalət və İnkişaf Partiyasının Sinop millət vəkili Nazım Maviş ilə 8 avqust səhəri paytaxt Beyruta yola düşmüşdü.

  Burada əvvəl Livan prezidenti Mişel Avn, sonra baş nazir Həsən Diyab və məclis sədri Nebih Berri ilə görüşən Türkiyənin vitse-prezidenti həmsöhbətlərinə ciddi şəkildə ziyan çəkmiş Beyrut limanı və ətrafındakı binaların bərpası üçün Türkiyənin köməyə hazır olduğunu və liman düzələnədək Mersin limanının Livanın xidmətində olacağını bildirib.

  Daha sonra partlayışdan zərər çəkən, yaralanan Türkiyə vətəndaşlarının ailələriylə görüşən F.Oqtay yaralıların vəziyyəti haqqında məlumat alıb, həkimlər icazə verərsə, vəziyyəti ağır olan bir yaralının müalicəsinin Türkiyədə edilə biləcəyini söyləyib.

  Görüşlərdən sonra livanlılara xitab edən Türkiyənin vitse-prezidenti Fuad Oqtay və xarici işlər naziri Mövlud Çavuşoğlu Livan və Türkiyə üçün "bir ailənin üzvləri kimi" ifadəsini işlədib və kimsənin bu iki ölkəni ayıra bilməyəcəyini vurğulayıblar.

  Çavuşoğlu həmçinin "Mən türkəm, türkmənəm" deyən, vətəndaşlığı olmayan, ancaq almaq istəyənlərə vətəndaşlıq veriləcəyini açıqlayıb.

  F.Oqtay və M.Çavuşoğlu Beyrutdakı görüşlərini başa vurduqdan sonra paytaxt Ankaraya geri dönüblər.



Әlaqәli Xәbәrlәr