Türkiyə Livanın paytaxtı Beyrutda axtarış və xilasetmə fəaliyyətlərini davam etdirir

Türkiyə Livanın paytaxtı Beyrutda insan itkisi ilə təxminən 10 milyard dollar maddi ziyana səbəb olan güclüi partlayışdan sonra bu ölkəyə kömək etmək üçün hərəkətə keçdi.

1468806

Fövqəladə Hallar İdarəsi (AFAD) heyəti partlayışın baş verdiyi Beyrut Limanında axtarış və xilasetmə işlərinə başlayıb.
Türkiyə Silahlı Qüvvələrinə məxsus "400M" tipli hərbi yük təyyarəsinin daşıdığı və Səhiyyə Nazirliyi, AFAD və Qızıl Aypara Cəmiyyəti tərəfindən hazırlanan materiallar avqustun 5-də iqtisadi böhranın günü-gündən dərinləşdiyi və avqustun 4-də baş verən partlayış nəticəsində fəlakət bölgəsi elan edilən Livana təhvil verilib.
Yardım materialları ilə birlikdə AFAD-ın sədri Mehmet Güllüoğlunun rəhbərliyi ilə Beyruta gedən AFAD, Səhiyyə Nazirliyi Milli Tibbi Xilasetmə qrupu (UMKE) və Qızıl Aypara Cəmiyyətindən ibarət olan Türk heyəti avqustun 6-da partlayış baş verən bölgədə axtarış və xilasetmə işlərinə start verib.
Türk heyəti ayrıca, yerli və yardım fəaliyyətləri üçün Beyruta gedən beynəlxalq heyətlərlə keçirdiyi görüşlərə uyğun olaraq bu gün də fəaliyyətlərini davam etdirəcək.

Әlaqәli Xәbәrlәr