"Liviyanın sabitliyi və təhlükəsizliyi həyati əhəmiyyət daşıyır"

Türkiyə və Malta beynəlxalq miqyasda tanınan Liviya Dövləti Milli Həmrəylik Hökumətinə dəstəklərinin davam etdiyini bildirdi.

1468475
"Liviyanın sabitliyi və təhlükəsizliyi həyati əhəmiyyət daşıyır"

Türkiyə və Malta beynəlxalq miqyasda tanınan Liviya Dövləti Milli Həmrəylik Hökumətinə dəstəklərinin davam etdiyini, Liviya böhranının hərbi həll yolu olmadığını və Liviyanın sabitliyi və təhlükəsizliyinin həyati əhəmiyyət daşıdığını bildirdi.
Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə-Malta-Liviya birgə açıqlama verilib.
Açıqlamada Liviya, Malta və Türkiyə xarici işlər nazirlərinin Liviyadakı son vəziyyəti və üç dövlət arasında əməkdaşlığı müzakirə etmək üçün avqustun 6-da Trablusda iclas keçirdikləri vurğulanaraq, "Malta və Türkiyə Liviya Dövlətinin Milli Həmrəylik Hökumətini dəstəklədiklərini, Liviya böhranının hərbi həll yolu olmadığını və Liviyanın sabitliyi və təhlükəsizliyinin həyati əhəmiyyət daşıdığını dilə gətirdilər" deyilib.
Açıqlamada üç ölkənin nümayəndə heyətlərinin İrini əməliyyatı və əməliyyatın çatışmazlıqları ilə əlaqədar fikirlərini bildirdikləri və aşağıdakı mövzularda razılıq əldə olunduğu bildirilib:
"Birgə əməkdaşlığın, maltalı və türk şirkətlərin Liviyaya qayıtmalarının və Livya ilə Malta və Türkiyə arasındakı təyyərə səfərlərinin bərpasının təşviq edilməsi, qeyri-qanuni köçün sadəcə Avropa İttifaqı üçün deyil Liviya üçün də təhdid olduğu, Liviyanın cənub sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsinə və insan ticarəti və miqrant qaçaqçılığı ilə mübarizəyə ehtiyac olduğu ifadə edildi. Malta və Türkiyə Liviya Sahil Mühafizə Xidmətini inkişaf etdirmək üçün lazım olan material və avadanlıqlar təmin edərək Milli Həmrəylik Hökumətini bu sahədə dəstəkləməyə hazır olduqlarını bildirdilər".



Әlaqәli Xәbәrlәr