Xarici İşlər naziri Mövlud Çavuşoğlu Liviyaya səfər edib

Xarici İşlər naziri Mövlud Çavuşoğlu maltalı həmkarı Evarist Bartolo ilə Liviyaya səfər edib.

1468160
Xarici İşlər naziri Mövlud Çavuşoğlu Liviyaya səfər edib

Xarici İşlər naziri Mövlud Çavuşoğlu maltalı həmkarı Evarist Bartolo ilə Liviyaya səfər edib.
Türkiyənin Liviya ilə ələqədar diplomatiyası davam edir. Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün maltalı həmkarı Evarist Bartolo ilə işgüzar məqsədli olaraq Liviyaya səfər edib.
Səfər zamanı üç ölkənin ortaq gündəliyindəki məsələlərin müzakirə ediləcəyi vurğulanıb.
Səfər zamanı Çavuşoğlu Liviyaya Ankara-Moskva xəttindəki atəşkəs danışıqları ilə bağlı məlumat verəcək və bölgədəki son vəziyyət barədə məlumat alacaq.
Qeyd edək ki, iyunun əvvəlində Liviyanın baş naziri Sərrac Ankaraya səfərə gəldi. Sonra Türkiyədən çoxlu sayda səlahiyyətlinin iştirak etdiyi heyət Ankaradan Tripoliyə gedib.



Әlaqәli Xәbәrlәr