Türkiyә Argentinaya da tibbi lәvazimat göndәrdi

Türkiyәnin yeni növ koronavirusla mübarizә çәrçivәsindә Argentinaya göndәrdiyi tibbi lәvazimat ölkә rәsmilәrinә tәhvil verilib.

1467817
Türkiyә Argentinaya da tibbi lәvazimat göndәrdi

 

Türkiyәnin yeni növ koronavirusla mübarizә çәrçivәsindә Argentinaya göndәrdiyi tibbi lәvazimat ölkә rәsmilәrinә tәhvil verilib.

Türkiyәnin Argentinadakı sәfiri Şefik Vural Altay Türkiyәnin göndәrdiyi 20 min tibbi maskanı Buenos-Airesin paytaxtı La Plata şәhәrindәki El Dique xәstәxanasının rәsmilәrinә tәhvil verib.

Altay tibbi lәvazimatı xәstәxanaya tәhvil verdiyi zamanı etdiyi çıxışında epidemiyanın qlobal problem olduğunu vurğulayıb.

‘‘Türkiyә ilә Argentina arasındakı mәsafә çox böyük olsa da, ürәyimiz sizinlәdir.Apardığınız mübarizәni dәstәklәyirik’’,-deyә Türkiyәnin Argentinadakı sәfiri deyib.

Buenos Airesin beynәlxalq әlaqәlәr üzrә müşaviri Viktoriya Anadon isә öz növbәsindә iki ölkә arasındakı hәmrәyliyә toxunaraq etdiyi yardıma görә Türkiyәyә tәşәkkür edib.

Qeyd edәk ki, Argentinada indiyәdәk koronavirusdan vәfat edәnlәrin sayı 4 minә, infeksiyaya yoluxanların sayı da 213 minә çatıb.



Әlaqәli Xәbәrlәr