Siirtdә PKK-ya qarşı әmәliyyat keçirilir

Türkiyәnin Siirt şәhәrinin Eruh qәsәbәsindә separatçı terror tәşkilatı PKK-ya qarşı әmәliyyat keçirilir.

1466859
Siirtdә PKK-ya qarşı әmәliyyat keçirilir

 

Türkiyәnin Siirt şәhәrinin Eruh qәsәbәsindә separatçı terror tәşkilatı PKK-ya qarşı әmәliyyat keçirilir.

Bu barәdә Siirt Valiliyindәn verilәn mәlumatda bildirilib. Mәlumata  әsasәn,Jandarm Komandanlığı bölgәdәki PKK terrorçularını zәrәsizlәşdirmәk, sığınacaq vә anbarlarını mәhv etmәk mәqsәdi ilә әmәliyyata start verib.

Әmәliyyatın keçirildiyi qәsәbәnin Dadaklı, Dönerdöven, Dağdöşü, Gülburnu vә Özlüpelit kәndlәrindә Türkiyә vaxtı ilә saat 09.00-dan etibarәn komendant saatı elan edilib.



Әlaqәli Xәbәrlәr