Türkiyənin Qızıl Aypara Cəmiyyətinin Şimali Makedoniyada qurban kəsimi aksiyası

Türkiyənin Qızıl Aypara Cəmiyyəti Şimali Makedoniyada kəsəcəyi 1400 hissə qurban ətini 3 minə yaxın aztəminatlı ailəyə paylayacaq.

1465296
Türkiyənin Qızıl Aypara Cəmiyyətinin Şimali Makedoniyada qurban kəsimi aksiyası

Türkiyənin Qızıl Aypara Cəmiyyəti Şimali Makedoniyada kəsəcəyi 1400 hissə qurban ətini 3 minə yaxın aztəminatlı ailəyə paylayacaq.
Şimali Makedoniya və dünya miqyasında aztəminatlı ailələri yalnız buraxmayan Qızıl Aypara Cəmiyyətinin qurban ətlərini milyonlarla məzlumun süfrəsinə iyulun 31-dən etibarən bayram müddətində çatdıracağını ifadə edən Cəmiyyətin Şimali Makedaniya 2-ci Bölgə Heyətinin sədri Fuad Əmin "Şimali Makedoniyada Üsküp başda olmaqla Kumanovo, Resne, Monastır kimi şəhərlər və kəndlərində təxminən 3 minə yaxın ailəyə qurban əti paylayacağıq" deyib.
Yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı baş verən çətinliklərlə mübarizədə Şimali Makedoniyadakı xalqın az da olsa Cəmiyyət kimi olmağı özlərinə borc bildiklərini vurğulayan Fuad Əmin "Bu gün də vəzifəmizi icra etməyə cəhd göstərdik. Ümid edirəm ki, Türkiyənin Qızıl Aypara Cəmiyyəti yenə  Şimali Makedoniyada müxtəlif fəaliyyətlərdə iştirak edəcək" ifadəsini işlədib. 

Digər tərəfdən, Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən ölkə ərazisində, eyni zamanda, Afrika, Asiya və Orta Şərqdə olmaqla dünyanın 16 ölkəsində qurban kəsimi aksiyasına başlanılıb.

Bu ənənə cəmiyyət tərəfindən artıq 14 ildir davam etdirilir.

Cəmiyyətdən verilən məlumata görə, vətəndaşlar aksiyada fəal iştirak edirlər. Qurbanların kəsimi cəmiyyətin əməkdaşları tərəfindən gigiyena qaydalarına uyğun olaraq aparılır.

Qeyd edilib ki, 2019-cu ildə analoji aksiya dünyanın 50-yə yaxın ölkəsində baş tutub.



Әlaqәli Xәbәrlәr