Qurban bayramı ölkədə və bütün İslam aləmində qeyd olunur

86 il sonra ibadətə açılan Ayasofya məscidində ilk dəfə bayram namazı qılındı.

1464948
Qurban bayramı ölkədə və bütün İslam aləmində qeyd olunur
ayasofya namaz2.jpg
ayasofya namaz1.jpg
ayasofya namaz.jpg
cami namaz.jpg

Qurban bayramı ölkədə və bütün İslam aləmində qeyd olunmağa başladı.
4 günlük Qurban bayramı dünyada davam edən pandemiya şəraitində qarşılanır. 
Vətəndaşlar bayram namazını ictimai məsafə və gigiyena qaydalarına uyğun qılıblar.
86 il sonra ibadətə açılan Ayasofya məscidində də ilk dəfə bayram namazını Din İşləri üzrə İdarənin rəhbəri Dr. Əli Erbaş qıldırıb.
İlk bayram namazı məscidin içərisini və ətrafını dolduran minlərlə vətəndaşın iştirakı ilə qılınıb.
86 il sonra Ayasofyada ilk Qurban bayramı xütbəsini oxuyan Erbaş "Bayramın dincliyini birlikdə yaşayağın. Ancaq xəstəliklərin yayılmasına səbəb olaraq bu qiymətli günləri hüznlə qeyd etməyək. Maska və uyğun məsafə qaydasına əməl edəyin" deyib.
"Uca Rəbbimiz bizi hər cür qəza və bəlalardan qorusun. Qoy sizi epidemiya xəstəliklərindən, müharibədən və əzablardan qorusun. Bir çox bərəkətli bayramlarda bizi bir araya gətirsin. Allahın salamı, rəhməti, inayəti üzərimizdə olsun. Bayramımız mübarək olsun"-deyə Əli Erbaş vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr