"Türkiyə təqaüdləri sayəsində könüldən könülə yollar salınır", A.Eren

YTB-nin ev sahibliyilə paytaxt Ankarada IX Beynəlxalq Tələbə Məzun Mərasimi təşkil edilib

1463911
"Türkiyə təqaüdləri sayəsində könüldən könülə yollar salınır", A.Eren
ytb mezuniyet.jpg
ytb mezuniyet.jpg

 

  Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin (YTB) sədri Abdullah Eren Türkiyənin verdiyi təqaüdlər nəticəsində könüldən könülə yollar salındığını söylədi.

  YTB-nin ev sahibliyilə paytaxt Ankarada IX Beynəlxalq Tələbə Məzun Mərasimi təşkil edilib. A.Eren burada etdiyi çıxışında YTB tələbələrinə müraciətlə deyib: "Türkiyə bu təqaüdləri sizdən maddi qarşılıq gözləyəmərək verdi. Şübhəsiz, bu təqaüdlər sayəsində könüldən könülə yollar salınır. 

  Türkiyədə məzun olan 2500 xarici tələbə və dünyanın müxtəlif ölkələrində təhsil alan 150 mindən çox Türkiyə məzununa xitab edirəm. Biz sizdən bunları xahiş edirik; birincisi, məzun olduqdan sonra ailənizə, ətrafınıza və məmləkətinizə faydalı olmaq. İkincisi, Türkiyə və ölkəniz arasındakı əlaqələrin inkişafına töhfə vermək. Üçüncüsü, Türkiyənin qlobal ədalət və vicdan mübarizəsinə könüllü dəstək olmaq. Siz Türkiyənin sosial cəmiyyətində yer aldınız. Artıq Türkiyə sizin ikinci vətəninizdir. Hər vaxt sizi Türkiyədə gözləyirik.

  Bu il məzun olan tələbələrin 30-a yaxın ölkədən və 150 mindən çox üzvü olan Türkiyə məzunları dərnəklərinə qeyd olunmalarını tövsiyə edirik”.

  Çıxışından sonra YTB sədri Abdullah Eren universitetlərdən yüksək qiymətlərlə məzun olan 11 tələbəyə hədiyyə verib. Bundan sonra mərasimdə iştirak edən bütün məzunlar papaqlarını göyə atıblar.

  Mərasim Türkiyə Təqaüdləri Sənət Birliyinin musiqi təqdimatı və qala yeməyindən sonra məzunların ailələrinin göndərdiyi video mesajlarla sona çatıb.



Әlaqәli Xәbәrlәr