Amasya dairəvi yol qovşağının açılışı oldu

Türkiyədə ölkədaxili avtomobil yolları şəbəkəsinin genişləndirilməsi çərçivəsində inşa edilən Amasya dairəvi yol qovşağının açılış mərasimi olub

1461891
Amasya dairəvi yol qovşağının açılışı oldu

 

  Türkiyədə ölkədaxili avtomobil yolları şəbəkəsinin genişləndirilməsi çərçivəsində inşa edilən Amasya dairəvi yol qovşağının açılış mərasimi olub. Əvvəlcə ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yeni istifadəyə verilən magistral yolun texniki göstəriciləri barədə məlumat verib, bildirib ki, istifadəyə verilən 11,3 kilometrlik yeni yol Amasyanın mərkəzindən keçən magistralı şəhərin kənarına çıxarmaqla bərabər şoseni 2 kilometr qısaldır.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan videoformatla açılış mərasimində çıxış edib. Türkiyənin infrastruktur siyasətinin ayrı-ayrı istiqamətlərindən bəhs edən dövlət başçısı gündəlikdə olan məsələlərlə bağlı ölkənin mövqeyini bölüşüb.

  Qeyd edək ki, infrastrukturun genişlənməsi son illər Türkiyənin inkişaf strategiyasında mühüm yer tutur. Bu çərçivədə iyulun 11-də Botan çayı üstündə 165 metr hündürlükdə tikilən Türkiyənin ən hündür körpüsünün açılışı olub.



Әlaqәli Xәbәrlәr