Prezident Ərdoğanın Ayasofya ilə əlaqədar ilk paylaşımı

Prezident Rəcəb Tayyib Ərdoğan Ayasofya-i Kebir Cami-i Şerifi adından açılan rəsmi "Twitter" hesabından ilk paylaşımı "Bismillah" deyərək öz hesabında paylaşıb.

1461134
Prezident Ərdoğanın Ayasofya ilə əlaqədar ilk paylaşımı

Prezident Rəcəb Tayyib Ərdoğan Ayasofya-i Kebir Cami-i Şerifi adından açılan rəsmi "Twitter" hesabından ilk paylaşımı "Bismillah" deyərək öz hesabında paylaşıb.

Prezident Ərdoğan 86 illik fasilədən sonra bu gün cümə namazı ilə ibadətə açılacaq Ayasofya Kəbir məscidinin rəsmi "Twitter" hesabındaki ilk paylaşıma özünün şəxsi hesabında yer ayırıb.

Ərdoğanın da paylaşım etdiyi tvitdə ərəbcə "Bismillahirrahmanirrahim" kəlməsi qeyd olunub.

Bu arada, Ayasofya Kəbir məscidinin "Twitter" hesabında doğum tarixi olaraq İstanbulun fəth edildiyi 29 may tarixi yazılıb.

Digər tərəfdən prezident Ərdoğan cümə günü mesajını Ayasofya məscidinin şəklilə "Twitter" da paylaşım edib.
Ərdoğan "Twitter" hesabında paylaşılan "Cüməniz xeyir olsun" mesajında 86 ildən sonra bu gün cümə namazı ilə yenidən ibadətə açılaq  cümə namazı ilə ibadətə yenidən açılacaq Ayasofya məscidinin fotoşəkilinə yer verib. 

Qeyd edək ki, tikildiyi tarixdən sonra 916 il kilsə, 1453-cü ildən 1934-cü ilədək (481 il) məscid, sonradan muzey olan Ayasofya yenidən məscid-muzey kimi fəaliyyət göstərəcək.

Türkiyə Nazirlər Kabinetinin 1934-cü il noyabrın 24-də verdiyi qərarı ilə Ayasofya məscid kimi fəaliyyətinin dayandırmış, muzey olaraq ziyarətçilərin üzünə açılmışdı. 

İyulun 10-da Türkiyənin Dövlət Şurası (Danıştay) Ayasofyanın muzeyə çevrilməsi ilə bağlı ölkənin Nazirlər Kabinetinin 1934-cü ildə qəbul etdiyi qərarı ləğv edib. Eyni gün prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məscidə çevrilməsi haqqında fərman imzalayıb.



Әlaqәli Xәbәrlәr