Anıtkabirdə ilk dəfə Türkiyə bayrağının yanında digər bayraq: Azərbaycan bayrağı
Paytaxt Ankarada Azərbaycan dövləti və ordusuna dəstək aksiyaları davam etməkdədir
Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonuna qarşı növbəti dəfə genişmiqyaslı hücumu Türkiyədəki azərbaycanlıların hiddətinə səbəb olub.
Paytaxt Ankarada Azərbaycan dövləti və ordusuna dəstək aksiyaları davam etməkdədir.
Azertac informasiya agentliyi xəbər verir ki, bu dəfə Türkiyə dövləti və xalqının Azərbaycana dəstəyinə minnətdarlıq əlaməti olaraq Ankara şəhərində izdihamlı yürüş keçirilib. İştirakçılar Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün uyuduğu Anıtkabiri (mavzoley) ziyarət ediblər.
Azərbaycanın Türkiyədəki Səfirliyinin kollektivi dəstək aksiyasına qatılıb.
Protokola uyğun olaraq digər dövlətlərin bayraqlarının Anıtkabir kompleksində qaldırılması qadağandır. Səfir Xəzər İbrahimin xahişini nəzərə alan Türkiyə tərəfi Azərbaycan dövlət bayrağının Anıtkabir kompleksində dalğalandırılmasına icazə verib. O cümlədən, Mustafa Kamal Atatürkün məzarı üstünə qoyulan əklil üzərində Azərbaycan və Türkiyənin dövlət bayraqları yerləşdirilib. Bu Türkiyə respublikasının tarixində ilk hadisə olaraq yaddaşlara yazılıb.
Aksiyanın təşkilatçılarından olan Səidə Ekmen deyib: “Türkiyə dövlətinin və xalqının Azərbaycana göstərdiyi dəstəkdən qürur duyuruq. Ümummilli lider Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” və ulu öndər Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədədimizdir” ifadələri sözün əsl mənasında həyat gerçəyidir”.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.