"Türkiyə serhədlərinin təhlükəsizliyi üçün milli suverenlik hüquqlarından istifadə edir",R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin sərhədlərinin təhlükəsizliyi naminə atdığı hər addımda milli suverenlik hüquqlarından istifadə etdiyini söyləyib.

1459145

Prezident Ərdoğan Beştepe Millet Konqres və Mədəniyyət Mərkəzində "Prezident Hökumət Kabineti İki İllik Qiymətləndirmə Yığıncağında" etdiyi çıxışda deyib:
"Türkiyə Prezident Üsul-İdarə Sistemi ilə regional və qlobal böhrana qarşı daha təsirli və daha ciddi addımlar atmaq imkanına qovuşdu. Türkiyə hər zaman öz hüquqlarını qoruyan bir ölkə olacaqdır. Heç kimin haqqına göz qoymayan, ancaq öz haqqını da güclə qazanan ölkə kimi mövcudluğumuzu davam etdirəcəyik. Üsul-idarə sistemimizi dəyişərkən siyasətdən sosial əsaslara qədər bir çox sahədə dəyişiklik problemlərilə üzləşməyimiz qaçılmazdır. Son iki ildə Prezident olaraq, özümün imzaladığı 64 fərman və 2755 qərar ilə millətimizə fasiləsiz xidmət göstərdik. Yeni növ koronavirus (Covid-19) epidemiyası dövrü daxil 180 günlük fəaliyyət proqramlarında planlaşdırdığımız 2384 əsas əməliyyatın 93 faizini yekunlaşdırdıq. Ən yaxşısını, daha təsirli və daha gözəlini tapdığımızda istənilən hər dəyişikliyə könlümüz də, siyasətimiz açıqdır".

Әlaqәli Xәbәrlәr