Ayasofya məscidində xristian mozaikalarına nə olacaq?

Ayasofyanın muzeydən yenidən məscidə çevrilməsi qərarı və Türkiyədə yeni tip korona virusuna (Covid-19) qarşı mübarizə ilə əlaqədar “CNN İnternational”a müsahibə verən İ.Kalın deyib...

1457284
Ayasofya məscidində xristian mozaikalarına nə olacaq?

 

  Türkiyə Prezident Aparatının (Cumhurbaşkanlığı) sözçüsü İbrahim Kalın "Türkiyədə dini azadlıq var" deyə vurğuladı.

  Ayasofyanın muzeydən yenidən məscidə çevrilməsi qərarı və Türkiyədə yeni tip korona virusuna (Covid-19) qarşı mübarizə ilə əlaqədar “CNN İnternational”a müsahibə verən İ.Kalın deyib: "Türkiyədə “Covid-19”da ikinci dalğa yaşana bilərmı?" sualı ilə bağlı bunu deyə bilərəm ki, hər kəs kimi biz də bundan sonra nə olacağı narahatlığını keçiririk. Çünki virusa qarşı necə davranılacağına dair tam məlumata malik deyilik. Mutasiyaya uğrayacaqmı? Təkrar dəyişəcəkmi? Geri gələcəkmi?

  "Covid-19” mövcud qlobal sistemin zəifliyi və ən güclü xalqların belə virusa qurban ola biləcəyini göstərdi. Bu səbəbdən ciddi bir beynəlxalq əməkdaşlıq lazımdır”.

  İbrahim Kalın Türkiyənin Ayasofya qərarına katoliklərin ruhani başçısı Papa Fransiskin (Franciscus) "Ayasofyanı düşünürəm, çox təəssüf edirəm" şərhiylə bağlı bunları söyləyib: "Buna kədərlənməməlidir, çünki artıq Ayasofya yalnız turistlərin gəldiyi bir yer olmadı, yenidən Allahın adının zikr edildiyi bir ibadətxanaya döndü. Bura kilsədən məscidə deyil, muzeydən məscidə çevrilib. Eyni zamanda, məscid olmaqla yanaşı, Ayasofya bir mədəniyyət abidəsidir.

  Türkiyədə yəhudi və xristian azlıqların 1930 və 1940-cı illərdə müxtəlif siyasi səbəblərlə əl qoyulan malları özlərinə qaytarılıb.

  Dini azlıqlar ölkədə hər kəs kimi bərabərhüquqlu vətəndaş statusuna malikdirlər.

  "Ayasofyanın muzeydən yenidən məscidə çevrilməsi qərarı Türkiyədə dünyəviliyin sonunamı işarə edir?" sualına gəlincə sözügedən mövzu ilə bağlı qayğılar yersizdir. Türkiyənin Ayasofya qərarına dair şərhlərin bir qismi Türkiyə əleyhinə bəzi köhnə fərziyyə və mənasız proqnozlara söykənir. Türkiyədə dini azadlıq var.

  “Türkiyənin Ayasofya qərarından sonra buradakı mozaikalara nə olacaq? - Son 500 ildə olduğu kimi, yenə qorunmağa davam edəcək mozaikalar mədəni mirasın bir parçasıdır. Bu mozaikalar Həzrət İsa, Məryəm Ana və digər xristian şəxsiyyətləri əks etdirən gözəl mozaikalardır. Əl dəyilmədən qorunacaqlar. Sadəcə müsəlmanların namaz vaxtlarında bu mozaikalar örtüləcək. Beləcə, işıqdan və başqa təsirlərdən də aşınmayacaq. Məbəd qorunacaq və turistlər əvvəl olduğu kimi, yenə onu görə biləcəklər. Ayasofya həm müsəlman, həm xristian, həm də bütpərəstə açıqdır".



Әlaqәli Xәbәrlәr