Fərat Qalxanı bölgəsində PKK/YPG-nin 2 üzvü nəzarətə alındı

Türkiyə Milli Müdafiə Nazirliyinin “twitter” hesabından yayılan məlumatda yazılır

1456872
Fərat Qalxanı bölgəsində PKK/YPG-nin 2 üzvü nəzarətə alındı
pkk silah muhimmat.jpg
tsk asker.jpg

 

  Suriyada Fərat Qalxanı bölgəsində bölücü terror təşkilatı PKK/YPG-nin 2 üzvü nəzarətə alındı.

  Türkiyə Milli Müdafiə Nazirliyinin “twitter” hesabından yayılan məlumatda yazılır: "Terror təşkilatı PKK/YPG-nin dinclik və güvən mühitini pozmağa yönəlik terror fəaliyyətlərinin qarşısını almaq məqsədiylə icra edilən əməliyyatlarda Fərat Qalxanı bölgəsində 2 PKK/YPG terrorçusu nəzarətə götürülüb”.

  Hakkaridə də bölücü terror təşkilatı PKK-ya qarşı əməliyyat olub ki, partlayıcı, antitank raketatar və “bixi” pulemyot sursatı ələ keçirilib.

  Hakkari Valiliyindən verilən məlumata görə, rayon jandarma komandanlığı qrupları tərəfindən bölücü terror təşkilatı PKK/KCK-nin fəaliyyətlərinin deşifrə edilməsi və maneə törədilməsinə qarşı işlər davam edir. Bu çərçivədə iyulun 16-da Dərəcik qəsəbəsinə bağlı Gelişen kəndi çölünə təşkil edilən əməliyyatda antitank roketatar sursatı, tüfəng gülləsi, 58 “bixi” pulemyot sursatı, ağac qundaq və qulplar ələ keçirilib.



Әlaqәli Xәbәrlәr