Türkiyәdә ‘‘Covid-19’’la bağlı son vәziyyәt (16 iyul)

Türkiyədə 3 gündür ki, yoluxma halları min nəfərdən aşağı olaraq qeydə alınıb

1456469
Türkiyәdә ‘‘Covid-19’’la bağlı son vәziyyәt (16 iyul)

..
  Türkiyənin yeni tip korona virusu (Covid-19) ilə mübarizəsində son 24 saatda 21 can itkisi qeydə alınıb. Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 5440 olub.

  Bir gündə 42 min 411 test edilərək 933 yeni diaqnoz qoyulub. 

  Xəstəxanadan buraxılan 1087 adamla yaxşılaşanların sayı 198 min 820-yə yüksəlib.



Әlaqәli Xәbәrlәr