Türkiyə 15 İyul Demokratiya və Milli Birlik Gününü qeyd edir

Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdindən 4 il keçdi

1455238
Türkiyə 15 İyul Demokratiya və Milli Birlik Gününü qeyd edir
15 Temmuz 2020.3.jpeg
15 Temmuz 2020.4.jpeg
15Temmuz.jpg
15 Temmuz.jpg

 

  Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdindən 4 il keçdi.

  Xain cəhdin basdırılmasının ildönümünü Türkiyə 4 ildir Demokratiya və Milli Birlik Günü olaraq qeyd edir.

  Türkiyə 15 İyul Zəfərinin 4-cü ildönümündə vətən və bayraq üçün gözünü qırpmadan şəhidliyə gedən şəhidlərini rəhmətlə xatırlayır.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul proqramına Prezident Aparatı qarşısında ucaldılan 15 İyul Abidəsinə əklil buraxaraq başlayacaq.

  Türkiyə Böyük Millət Məclisində (TBMM) təşkil ediləcək 15 İyul Şəhidlərini Anma Proqramında da iştirak edəcək Ərdoğan daha sonra şəhid ailələrini Prezident Aparatında (Cumhurbaşkanlığı) qarşılayacaq.

  15 İyul Demokratiya və Milli Birlik Günü çərçivəsində bu il ölkə daxilində nazirliklər və ayrı-ayrı qurumlar 1609, universitetlər 521, qeyri-hökumət təşkilatları (QHT) 108 olmaqla ümumi 2238 proqram reallaşdıracaq. Ölkə xaricində isə 752 tədbir keçiriləcək.



Әlaqәli Xәbәrlәr