"Ermənistana qarşı Azərbaycan Ordusuna və qardaşlarımıza dəstəyə davam edəcəyik", H.Akar

Hulusi Akar Azərbaycan-Ermənistan sərhədində yaşanan qarşıdurmalara da toxunaraq bunları söyləyib

1454987
"Ermənistana qarşı Azərbaycan Ordusuna və qardaşlarımıza dəstəyə davam edəcəyik", H.Akar

 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Pəncə-Qaplan əməliyyatında bu ana qədər 62 terrorçunun zərərsizləşdirildiyini bildirib.

  H.Akarın sədrliyi, baş qərargah rəisi general Yaşar Güler, quru qüvvələri komandiri general Ümit Dündar, hava qüvvələri komandiri general Həsən Küçükakyüz və dəniz donanması komandiri admiral Adnan Özbal və nazir müavinlərinin iştirakıyla həftəlik videokonfrans keçirilib.

  Türkiyənin milli müdafiə naziri gündəmlə bağlı verdiyi şərhdə: "Pəncə-Qaplan əməliyyatında bu ana qədər 62 terrorçu zərərsizləşdirilib. Hərbi birləşmələrimiz nəfəsi xainlərin peysərindədir", - deyib.

  Hulusi Akar Azərbaycan-Ermənistan sərhədində yaşanan qarşıdurmalara da toxunaraq bunları söyləyib: "Təcavüzkarlığını davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında dayanmağa, azərbaycanlı qardaşlarımıza dəstəyə davam edəcəyik".



Әlaqәli Xәbәrlәr