R.T.Әrdoğan: ‘‘Srebrenitsa şәhidlәrinin xatirәsi ürәklәrdә әbәdi yaşayacaq’’

Türkiyә prezidenti Srebrenitsa soyqırımının 25-ci ildönümü münasibәtilә tәşkil edilәn anım proqramına videomesaj vasitәsilә qatılıb.

1453281
R.T.Әrdoğan: ‘‘Srebrenitsa  şәhidlәrinin  xatirәsi ürәklәrdә әbәdi yaşayacaq’’

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan bldirib ki,  Bosniya və Herseqovinanın şərqindəki Srebrenitsada 1995-ci ilin iyul ayında törәdilәn soyqırımdan 25 il ötsә dә, şәhidlәrin xatirәsi ürәklәrdә әbәdi yaşayacaq.

Türkiyә prezidenti Srebrenitsa soyqırımının 25-ci ildönümü münasibәtilә tәşkil edilәn anım proqramına videomesaj vasitәsilә qatılıb.

Әrdoğan tarixin әn kәdәrli  səhifələrindən biri olan Srebrenitsa soyqırımından  25 il ötsә dә, şәhidlәrin xatirәsinin ürәklәrdә әbәdi yaşayacağını deyib.

Müstəqil Bosniya və Herseqovinanın ilk prezidenti mərhum Aliya İzzetbegoviçin "Soyqırımı heç vaxt unutma, unudulmuş soyqırım  təkrarlanar" sözlərini xatırladan Әrdoğan deyib: ‘‘Şəhidlərimizi unutmayacağıq və Srebrenitsa soyqırımını unutdurmayacağıq’’.

"Bənzər hadisәlәrin  bir daha yaşanmaması üçün beynəlxalq təşkilatlarla yanaşı,bizim üzәrimizә dә böyük mәsuliyyәt düşür’’ deyәn Әrdoğan sözlәrinә belә davam edib: ‘‘Əsrlər boyu  sülhün әn gözәl nümunәlәrini nümayiş etdirәn sivilizasiyanın tәmsilçisiyik.Fikir ayrılıqlarının bizi bölmәsinә vә bir birimizә düşmәn etmәsinә icazә vermәrik. Türkiyә vә Türkiyә xalqının Bosniya vә Herseqovinanı dәstәklәdiyini bir daha vurğulamaq istәyirәm. Srebrenitsada şәhid olanlara Allahdan rәhmәt, ailәlәrinә vә yaxınlarına sәbr dilәyirәm’’.



Әlaqәli Xәbәrlәr