Apelyasiya məhkəməsi Ayasofyanın məscid kimi fəaliyyət göstərməsi barədə qərar qəbul edib

Türkiyənin Apelyasiya məhkəməsi Ayasofya muzeyinin yenidən məscid kimi fəaliyyətə başlaması barədə qərar qəbul edib.

1452902

Mәlumata görә, Apelyasiya mәhkәmәsi Ayasofyanın məsciddən muzeyə çevrilməsinə dair Nazirlər Kabinetinin 1934-cü il 24 noyabr tarixli qərarını ləğv edib.

Mәlumatda Ayasofyanın Fatih Sultan Mehmet Xan Vәqfinә aid olduğu vә mәscid olaraq fәaliyyәt göstәrәcәyi bildirilib.

Qeyd edәk ki, Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun Ayasofya ilә bağlı qәrardan sonra prezident Rәcәb Tayyib Әrdoğanın yerli vaxtla saat 20.53-dә xalqa müraciәt edәcәyini bildirib.

Әlaqәli Xәbәrlәr