"Ayasofya ilə bağlı ittihamlar Türkiyənin suverenlik haqqına birbaşa hücumdur", R.T.Ərdoğan

İstanbuldakı Levent məscidi təməlatma mərasimində çıxışında R.T.Ərdoğan deyib...

1448563
"Ayasofya ilə bağlı ittihamlar Türkiyənin suverenlik haqqına birbaşa hücumdur", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofya ilə bağlı ittihamları ölkənin suverenlik haqqına birbaşa hücum adlandırdı.

  İstanbuldakı Levent məscidi təməlatma mərasimində çıxışında R.T.Ərdoğan deyib: "Biz necə ki digər ölkələrdə vətəndaşlarına xidmət edən ibadətxanalara qarışmırsaq, eləcə də kimsənin bizim ibadətxanalarımıza qarışmağa haqq və səlahiyyəti yoxdur. Ölkəmizə qarşı ittihamlar suverenlik haqlarımıza hücum mənasını verir. Türkiyədə hakim inanc qrupu müsəlmanlarla yanaşı digər dini inanclara mənsub olanların da haqlarını qorumağa davam edirik. Dünyada milyonlarla insan ancaq dini inanclarına görə hər cür təzyiqlərə məruz qalır. Əsl nümunə götürüləsi, üzərində dayanılası yer buradır."



Әlaqәli Xәbәrlәr