YTB Türkiyə vətəndaşlarını Serbiyada qarşılayır

YTB Türkiyə vətəndaşlarını, Serbiyanın sərhəd-keçid məntəqələrində qarşılayır.

1447106
YTB Türkiyə vətəndaşlarını Serbiyada qarşılayır

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi (YTB)  xaricdə yaşayan və tətillərini vətənlərində keçirmək üçün məmləkət yoluna düşən Türkiyə vətəndaşlarını, Serbiyanın sərhəd-keçid məntəqələrində qarşılayır. 
YTB-nin verdiyi yazılı açıqlamada İdarənin qurudan Türkiyəyə doğru yola çıxan ölkə xaricindəki Türkiyə vətəndaşlarının sərhəd-keçid məntəqələrində qarşılanaraq problemlərinə həll yolu tapdığı və müşavirlik xidmətləri göstərdiyi qeyd edilib.
Ötən il YTB və Xarici İşlər və Daxili İşlər Nazirlikləri ilə əməkdaşlıq çərçivəsində başlamış sərhəddən kənarda qarşılama tədbirlərinin bu il də davam etdiyi bildirilib.
Tətbiqin bir hissəsi olaraq, Türkiyə polisi və Türk-Serb dilində danışan YTB heyəti Serbiyanın Bartovci, Horgos və Gradina sərhəd-keçid məntəqələrində vətəndaşlara köməklik etmək üçün gözləyir.
YTB əməkdaşları və Türkiyə polisi yalnız ölkəyə gedərkən vətəndaşların ehtiyaclarını ödəmir, həm də səyahət təhlükəsizliyi üçün müxtəlif xəbərdarlıqlar və xatırlatmalar da edir. 
Bundan əlavə, təşkil edilən "+90 530 257 25 99" nömrəli "WhatsApp" xətti ilə də vətəndaşların suallarına 24/7 cavab verilir.
YTB xaricdəki vətəndaşların işini asanlaşdırmaq üçün bu il xidmətlərinə yeni bir xidmət də əlavə edib. "Memleket Yolu" saytı (www.memleketyolu.com) vətəndaşlara mövcud tranzit marşrutları və səyahət zamanı ehtiyac duyduqları məlumatları asanlıqla təmin etmək məqsədi ilə hazırlanıb.
Vətəndaşlar veb saytından Türkiyədəki iş və əməliyyatları haqqında aktual məlumatları əldə edə bilərlər.



Әlaqәli Xәbәrlәr