Türkiyә prezidenti: ‘‘Suriyanın әrazi bütövlüyü ilkin prioritetimizdir’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki, Suriyanın әrazi bütövlüyü Türkiyәnin әsas prioritetidir.

1447022
Türkiyә prezidenti: ‘‘Suriyanın әrazi bütövlüyü ilkin prioritetimizdir’’

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki,  Suriyanın әrazi bütövlüyü Türkiyәnin әsas prioritetidir.

Türkiyә, Rusiya vә İran liderlәrinin üçtәrәfli zirvә görüşü başlayıb.

Suriya mövzusunda keçirilәn zirvә görüşü videokonfrans formatında tәşkil edilib.

Zirvә görüşündә çıxış edәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki, qonşumuz olan Suriyada sabitliyin tәmin olunması üçün әlimizdәn gәlәn sәylәri göstәrmәyә davam edәcәyik.

‘‘Suriyanın siyasi birliyinin vә әrazi bütövlüyünün qorunub-saxlanılması, bölgәdә sabitliyin tәmin edilmәsi mәsәlәsi әsas pripritetimizdir. Türkiyә Suriyada  vәtәndaş müharibәsi başladığı gündәn etibarәn  suriyalı qardaşlarının yanında olub vә suriyalı qaçqınlara qucaq açıb ’’,-deyә Türkiyә prezidenti vurğulayıb.

Zirvә görüşündә açılış nitqi ilә çıxış edәn Vladimir Putin qeyd edib ki, Suriyadakı terror qruplaşmalarını mәhv etmәk ilkin prioritetimizdir.



Әlaqәli Xәbәrlәr