Türkiyə Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi sədrliyini təhvil aldı

Türkiyə Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi 2020-2021-ci illər sədrliyini 1 illik təhvil alıb.

1447039
Türkiyə Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi sədrliyini təhvil aldı

Türkiyə Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi 2020-2021-ci illər sədrliyini 1 illik təhvil alıb.

Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında, daha əvvəl 1998-1999 və 2009-2010-cu illərdə Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesinə başçılıq edən Türkiyənin bununla da bu vəzifəni 3-cü dəfə icra edəcəyi diqqətə çatdırılıb.

Açıqlamada 1996-cı ildə təsis edilmiş Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesinin 13 Cənub-Şərqi Avropa ölkəsinin hər birinin iştirak etdiyi ən geniş regional əməkdaşlıq forumu olduğu vurğulanaraq, “Ölkəmiz Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesinin prioritetlərini, həmçinin başda "Covid-19"la mübarizə olmaqla, region ölkələrinin gündəmindəki qlobal və regional mövzuları əsas götürərək, fəaliyyətini Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesinin əsas prinsipləri olan “regional mənimsəmə” və “əhatəlilik” çərçivəsində həyata keçirəcək” deyilir.



Әlaqәli Xәbәrlәr