Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb
Türkiyәnin Milli Müdafiә Nazirliyi Türkiyә Silahlı Qüvvәlәrinin İraqın şimalında separatçı terror tәşkilatı PKK-ya qarşı müvәffәqiyyәtlә davam etdirdiyi ‘‘Pәncә-Qaplan’’ әmәliyyatının yeganә hәdәfinin terrorçular olduğunu açıqlayıb.

Milli Müdafiә Nazirliyindәn verilәn bәyanatda Türkiyә Silahlı Qüvvәlәrinin terror qarşı apardığı mübarizә ilә bağlı mәlumat verilib.
Bәyanatda deyilir: ‘‘Müvәffәqiyyәtlә davam edәn ‘‘Pәncә-Qaplan’’ әmәliyyatı çәrçivәsindә Türkiyә Silahlı Qüvvәlәrinin yeganә hәdәfi terrorçulardır. Daha әvvәl olduğu kimi bu әmәliyyat zamanı da heç bir dinc sakin zәrәr çəkməyib. Dinc sakinlәr, günahsız insanlar әtraf mühit ilə tarixi vә dini mәkanlar Türkiyә Silahlı Qüvvәlәri üçün toxunulmazdır’’.
Bәyanatda hәmçinin ‘‘Pәncә-Qaplan’’ әmәliyyatının qәtiyyәtlә davam etdirildiyi vurğulanıb.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.