Mövlud Çavuşoğlu İƏT-nin Cammu və Kəşmir mövzusunda keçiriləcək iclasına qatılacaq

Xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir mövzusunda keçiriləcək iclasına qatılacaq.

1440860

Xarici İşlər Nazirliyinin yazılı bəyanatında Pakistanın tələbi ilə Cammu və Kəşmirdəki vəziyyəti müzakirə etmək üçün xarici işlər nazirləri səviyyəsində İƏT Cammu və Kəşmir Əlaqə Qrupu Təcili Yığıncağının keçiriləcəyi bildirilib.
Bəyanatda nazir Çavuşoğlunun da iştirak edəcəyi və videokonfrans formatında keçiriləcək iclasda Kəşmirdə davam edən insan hüquqları və azadlıqları zəminində İƏT çərçivəsində ortaq olaraq atıla biləcək addımların müzakirə olunmasının nəzərdə tutulduğu qeyd edilib. 

Әlaqәli Xәbәrlәr