Mövlud Çavuşoğlu həmkarı Dominik Raaba başsağlığı verib

Xarici işlər naziri Mövlud Çavuşoğlu London yaxınlığında bıçaqla edilən hücum nəticəsində həlak olanlara görə həmkarı Dominik Raaba başsağlığı verib.

1440828
Mövlud Çavuşoğlu həmkarı Dominik Raaba başsağlığı verib

Xarici işlər naziri Mövlud Çavuşoğlu İngiltərənin paytaxtı London yaxınlığındakı rayonlardan birində iyunun 20-də bıçaqla edilən hücum nəticəsində həlak olanlara görə həmkarı Dominik Raaba başsağlığı verib.
Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, Çavuşoğlu Raab ilə keçirdiyi telefon danışığında bıçaqlı hücum xəbərinin onu kədərləndirdiyini Raaba bildirib və hücumda həyatını itirənlərin ailələrinin və yaralıların kədərlərini bölüşdüyünü dilə gətirib.
Raab başsağlığı diləyini çatdıran Çavuşoğluna təşəkkür edib.
Qeyd edəki ki, iyunun 20-də axşam radələrində Londondan təxminən 60 kilometr məsafədə yerləşən Reading qəsəbəsində bıçaqlı hücum nəticəsində 3 nəfərin öldüyü və 3 nəfərin yaralandığı bildirilib.
Thames polis bölməsinin məlumatında hücumun terror aktı olduğu açıqlanıb.



Әlaqәli Xәbәrlәr