Əsassız iddialar qarşısında Türkiyənin atacağı addımlar müzakirə olundu

Prezident Aparatının Ali Məsləhət Heyəti 1915-ci il hadisələri ilə əlaqədar Türkiyəyə qarşı əsassız (dırnaqarası soyqırım) iddialara qarşı atılacaq addımları müzakirə edib.

1437544
Əsassız iddialar qarşısında Türkiyənin atacağı addımlar müzakirə olundu

Prezident Aparatının Ali Məsləhət Heyəti 1915-ci il hadisələri ilə əlaqədar Türkiyəyə qarşı əsassız (dırnaqarası soyqırım) iddialara qarşı atılacaq addımları müzakirə edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən Heyətin yığıncağına dair Prezident Aparatının Məbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun bəyanat verərək deyib:
"Yığıncaqda 1915-ci ildə yaşanan hadisələr barədə Türkiyə əleyhinə əsassız iddialara qarşı atılacaq addımlar müzakirə olundu və prezident Ərdoğan təhrif edilmiş tarixi hadisələr vasitəsilə əkilməyə çalışılan düşmənçilik toxumlarının həqiqət torpaqlarında cücərmə imkanı tapa bilməyəcəyini dilə gətirdi".
Yığıncaqda bütün Osmanlı (İmperiyası) vətəndaşları üçün çətinlik və kədərlə keçən bir dövrün müxtəlif dairələr tərəfindən ortaya qoyulan yalan və böhtanlarla siyasi məqsədlər üçün istifadə edilməsini qabaqlayacaq siyasətlərə toxunulduğunu bildirən Altun biildirib:
"Yığıncaqda Türkiyə və millətimizə qara yaxmaq üçün 1915-ci ildəki hadisələrdən vasitə kimi istifadə edən erməni lobbisinin və mövzudan siyasi maraqlar üçün istifadə edən ölkələrin həqiqət olmayan iddialarla apardıqları təbliğatların qarşısını alacak addımlar, ayrıca mövzunun tarixi və hüquqi apsektlərinin milli və beynəlxalq ictimaiyyətdə həqiqətlərilə izah olunmasına imkan yaradacaq layihələr və fəaliyyətləri müzakirə olundu".



Әlaqәli Xәbәrlәr