Türk Hava Yollarının Nyu-Yorkdan İstanbula xüsusi uçuşunun tarixi

Türkiyənin Nyu-Yorkdakı Baş konsulluğu Türk Hava Yollarının (THY) 17 iyunda Nyu-Yorkdan İstanbula xüsusi uçuş həyata keçirəcəyini bildirib.

1436996

THY yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə ABŞ-da yaşayan Türkiyə vətəndaşlarını ölkəyə gətirmək üçün xüsusi səfərlərini davam etdirir.
Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun məlumatına görə, THY tərəfindən 17 iyun 2020-ci il tarixində Nyu-York saatı ilə 18:45-də "JFK" hava limanından İstanbula xüsusi uçuşun (TK4902)  həyata keçirilməsi planlaşdırılır.
Biletlərin THY-nin çağrı mərkəzi və nycinfo@thy.com elektron poçt ünvanı ilə təmin edə biləcəyi bildirilib.
Açıqlamada sərnişinlərin təhlükəsizliyi baxımından "Covid-19" infeksiyası əlamətləri göstərən və ya əvvəllər  diaqnoz qoyulanların uçuşa buraxılmasının mümkün olmadığı vurğulanıb.
Qeyd edək ki, may ayının 15-də THY tərəfindən Nyu-Yorkdan və Çikaqodan, 16 mayda Hyustondan və Mayamidən 17 mayda xüsusi uçuşlar reallaşdırılmışdı.

Әlaqәli Xәbәrlәr