"Cinayətkara göz açmağa imkan verməyən Jandarma Komandanlığımızı təbrik edirəm", R.T.Ərdoğan

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, R.T.Ərdoğan Türkiyə Jandarma Komandanlığının 181-ci ildönümü münasibətilə təbrik mesajı paylaşaraq deyib...

1435727
"Cinayətkara göz açmağa imkan verməyən Jandarma Komandanlığımızı təbrik edirəm", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Jandarma Komandanlığının uğurlu işlərə imza atdığını, cinayətkara göz açmağa imkan vermədiyini vurğuladı.

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, R.T.Ərdoğan Türkiyə Jandarma Komandanlığının 181-ci ildönümü münasibətilə təbrik mesajı paylaşaraq deyib: “Jandarma Komandanlığı dövlətin köklü qurumlarından biri olaraq vətəndaşların dinclik və rifahının təmin edilməsində mühüm rol oynayır. Xalqımızın birliyi və dövlətimizi qorumaq üçün yüksək vəzifə şüuruyla və qəhrəmancasına boyunlarına götürdükləri işin öhdəsindən gəlməklə bizi qürurlandırırlar. Terrorla mübarizədən asayişə, nizamsız köçlə mübarizədən yol təhlükəsizliyinə qədər əksər işlərdə gecə-gündüz bilmədən fədakarcasına xidmət göstərən Jandarma Komandanlığımız modern və yenidənqurma işləri, yaxşı təhsilli, intizamlı, təchizatlı personalıyla vətəndaşlarımızla iç-içə müvəffəqiyyətlərə imza atmaqda, cinayətkara göz açmağa imkan verməməkdədir. Mən Jandarma Komandanlığımızı 181 yaşı münasibətilə təbrik edir, əziz şəhidlərimizi rəhmət və minnətlə yad edir, vəzifələrini müvəffəqiyyətlə davam etdirən əməkdaşlara isə salam və sevgilərimi çatdırıram."



Әlaqәli Xәbәrlәr