İbrahim Kalın Liviya mәsәlәsini qiymәtlәndirib

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın Liviyadakı hәllin hәrbi deyil, siyasi olmasının vacibliyini vurğulayıb.

1435069
İbrahim Kalın Liviya mәsәlәsini qiymәtlәndirib

 

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın Liviyadakı hәllin hәrbi deyil, siyasi olmasının vacibliyini vurğulayıb.

Almaniyanın paytaxtı Berlindә görüşlәr keçirәn İbrahim Kalın jurnalistlәrә verdiyi açıqlamada Liviya mәsәlәsi ilә bağlı  BMT çәtiri altında Berlindә daha әvvәl konfransın keçirildiyini, lakin qeyri-qanuni qüvvәlәrin lideri Xәlifә Hafterin daha әvvәl әldә olunan razılaşmalarda olduğu kimi burada әldә edilәn razılaşmanı da pozduğunu xatırladıb.

Hafterin ‘‘Suheyrat miqavilәsi’’ deyә adlandırılan Liviya siyasi müqavilәsini tanımadığını vә Liviyanın yeganә hakimi olduğunu elan etdiyini bildirәn Kalın Hafterin hәrbi hücumlarına davam etdiyini söylәyib.

İbrahim Kalın Milli Hәmrәylik Hökumәtinin son dövrdә ciddi irәlilәyiş әldә etdiyini ifadә edib.

‘‘Liviyadakı problem hәrbi yolla yox, siyasi yolla hәll edilmәlidir’’ deyә İbrahim Kalın vurğulayıb.

Kalın hәmçinin Türkiyәnin BMT-nin dә tanıdığı qanuni hәmrәylik hökumәtinә dәstәk olmağa davam edәcәyini deyib.



Әlaqәli Xәbәrlәr