“İdlib nəyə görə Türkiyə üçün əhəmiyyətlidir?”

Türkiyə Suriyanın İdlib bölgəsinin daimi təhlükəsiz bölgəyə çevrilməsi məsələsində əsas ölkə kimi səylərini davam etdirdiyini açıqlayıb.

1433324
“İdlib nəyə görə Türkiyə üçün əhəmiyyətlidir?”

Türkiyə Suriyanın İdlib bölgəsinin daimi təhlükəsiz bölgəyə çevrilməsi məsələsində əsas ölkə kimi səylərini davam etdirdiyini açıqlayıb.

Türkiyә Prezident Aparatı Mәtbuat Xidmәti "Twitter" hesabından “İdlib nəyə görə Türkiyə üçün əhəmiyyətlidir?” başlıqlı paylaşım edib.

“Dinc sakinlərin müdafiəsi, miqrant axınının qarşısının alınması və terrorla mübarizədə böyük uğurlara imza atan Türkiyə İdlibin daim təhlükəsiz bölgəyə çevrilməsində əsas ölkə kimi təşəbbüslərini davam etdirir” ifadəsinin əks olunduğu paylaşmada İdliblə bağlı video da yer alıb.

Bölgədə yaşanan faciə və Türkiyə Silahlı Qüvvələrinin (TSQ) həyata keçirdiyi əməliyyatlardan görüntülərin yer aldığı videoda Suriyada 10-cu ilə qədəm qoyan vətəndaş müharibəsində məsələnin həllində Türkiyənin önəmli rol oynadığı vurğulanır. Türkiyə üçün bölgədə hərbi gücünü artırmaq və Bəşər Əsəd rejiminin hücumlarına reaksiya verməkdən başqa yolun olmadığının vurğulandığı videoda: “Türkiyə həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarda İdlibin cənubu və şərqindən keçən M4 və M5 avtomobil yollarının şimalı və qərbində yerləşən ərazilərdə təhlükəsizliyi tam təmin edib. Türkiyədə olan suriyalı miqrantlar Türkiyənin yaratdığı təhlükəsiz ərazilər səbəbindən yenidən evlərinə qayıtmağa başlayıblar. Digər tərəfdən, Rusiya ilə görüşərək Əsəd rejimi tərəfindən dinc əhalinin qətliamını dayandıran Türkiyə yeni humanitar böhranın yaranmasının da qarşısını aldı” deyilir. 



Әlaqәli Xәbәrlәr