"ABŞ ilə Türkiyə arasında yeni mərhələ başlaya bilər", R. T. Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ ilə Türkiyə arasında yeni mərhələnin başlaya biləcəyini bildirib.

1431957
"ABŞ ilə Türkiyə arasında yeni mərhələ başlaya bilər", R. T. Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ ilə Türkiyə arasında yeni mərhələnin başlaya biləcəyini qeyd edib.

Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə baş tutan telefon danışığına toxunaraq deyib:

"ABŞ-a qaçan Fətullahçı terror təşkilatı (FETÖ) mənsublarının adlarını verdik. O da "göndərdiyiniz məlumatları alacağam, lazım gələn fəaliyyətləri aparacağam" dedi.
Prezident Ərdoğan telefon danışığında  ikitərəfli münasibətlərlə yanaşı Liviya böhranı başda olmaqla regional mövzular ətrafında danışdıqlarını bildirib. 
Ərdoğan Liviyadakı vəziyyət barədə Rusiya prezidenti Vladimir Putin ilə də danışacağını söyləyib.

Son günlərdə Yunanıstandan Ayasofiya mövzusunda səslənən sözlərə də sərt reaksiya verən prezident "Deyirlər Ayasofiyanı məscid etməyin, Türkiyəni sizmi idarə edirsiniz, bizmi idarə edirik? Özünüzə gəlin. Həddini bilməyəcəyin təqdirdə Türkiyənin nə edəcəyi məlumdur" deyib. 



Әlaqәli Xәbәrlәr