9011 xarici milyarder Türkiyə vətəndaşlığını qazandı

Türkiyə Əhali və Vətəndaşlıq İşləri Departamentinin məlumatına görə...

1429679
9011 xarici milyarder Türkiyə vətəndaşlığını qazandı

 

  Türkiyə Əhali və Vətəndaşlıq İşləri Departamenti (Nüfus ve Vatandaşlık İşleri Genel Müdürlüğü) 26 iyul 2016-cı ildən bəri ən az 3 milyard 261 milyon 500 min dollar sərmayə qoyan 9011 xarici investora Türkiyə vətəndaşlığı verildiyini açıqlayıb.

  İdarədən verilən məlumatda bildirilir: "Türkiyə Vətəndaşlığı Qanununda 26 iyul 2016-cı ildə edilən tənzimləməyə əsasən, Türkiyə prezidenti tərəfindən təyin olunan əhatə dairəsi və məbləğdə sərmayə qoyan xaricilərin Türkiyə vətəndaşlığını qazanmalarına şərait yaradıldı. Yeni tənzimləmənin qüvvəyə mindiyi tarixdən bu günə qədər ölkəyə ən az 3 milyard 261 milyon 500 min dollar sərmayə qoyan 9011 xarici investor Türkiyə vətəndaşlığını qazanıb."



Әlaqәli Xәbәrlәr