Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

‘‘Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi bölgәyә sızmağa cәhd göstәrәn terror tәşkilatı PKK/YPG-nin 6 üzvü zәrәsizlәşdirilib.

1427815
Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

 

‘‘Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi bölgәyә sızmağa cәhd göstәrәn terror tәşkilatı PKK/YPG-nin 6 üzvü zәrәsizlәşdirilib.

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Nazirlikdәn bildirilib ki, qәhraman hәrbçilәrimiz PKK/YPG terror tәşkilatının ‘‘Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi bölgәyә sızma cәhdinin qarşısını alıb. Bölgәdәki sülh vә tәhlükәsizlik mühitini pozmağa çalışan 6 PKK/YOG terrorçusu zәrәrsizlәşdirilib.

Digәr tәrәfdәn Daxili İşlәr Nazirliyi daha 4 terrorçunun tәhlükәsizlik qüvvәlәrinә tәslim olduğunu açıqlayıb. Belәliklә bu il tәhlükәsilik qüvvәlәrinә tәslim olan terrorçuların sayı 81-ә yüksәlib.



Әlaqәli Xәbәrlәr