Rәcәb Tayyib Әrdoğan: ‘‘Bu qeyri-insani mentaliteti qınayıram’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan ABŞ-da polisin sәrt müdaxilәsi nәticәsindә hәyatını itirәn Corc Floydun ölümü ilә bağlı deyib: ‘‘Bu qeyri-insani mentaliteti qınayıram’’.

1425568

Prezident Ərdoğan bu barәdә  rəsmi ‘‘Twitter’’  sәhifәsindә açıqlama verib.

‘‘Bәşәriyyәti sevmәyi öyrәdәn İslam mәdәniyyәtinin bir üzvü olaraq bu qeyri-insani mentaliteti qınayıram. Harada, hansı kontekstdә vә nә şәkildә olarsa olsun Türkiyә  hәr zaman insanlara edilәn hәr növ hücuma qarşı olub’’,-deyә Türkiyә prezidenti qeyd edib.

Hz. Mәhәmmәdin ‘‘Ağın qaradan, qaranın da ağdan bir fәrqi yoxdur’’ hәdislәrini xatırladan Әrdoğan deyib: ‘‘Bu prinsipә uyğun olaraq irqinә, rənginə, dininə vә dilinə baxmayaraq bütün bəşəriyyətin hüquqlarını qorumaq üçün mübarizəmizi davam etdirəcəyik’’.

Ərdoğan bildirib ki, inanıram ki, bunu törәdәnlәr layiq olduqları cəzanı alacaqlar. Məsələni izləyəcəyik. Corc Floydu hörmətlə yad edirәm və ailəsinә başsağlığı dilәyirәm.

Әlaqәli Xәbәrlәr