İbrahim Kalın gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib

İbrahim Kalın Türkiyәnin rabitә, sәhiyyә, asayiş, qida, nәqliyyat sektorlarına qoyduğu investisiyaların epidemiya dövründә öz bәhrәsini verdiyini bildirib.

1419252
İbrahim Kalın gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib

 

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib.

İbrahim Kalın Türkiyәnin  rabitә, sәhiyyә, asayiş, qida, nәqliyyat sektorlarına qoyduğu investisiyaların epidemiya dövründә öz bәhrәsini verdiyini bildirib.

Kalın  bildirib ki, epidemiyanın Avropadakı yayılma sürәti Avropa İttifaqının hәmrәylik ruhunu zәyiflәtdi vә Avropa ölkәlәri arasında mübahisәlәrә sәbәb oldu.

İbrahim Kalın  Amerika Birləşmiş Ştatları  prezidenti Donald Trampın  ‘‘Covid-19’’u  "Çin virusu" olaraq adlandırmasının  ABŞ və Çin arasında uzun müddətdir davam edən ticarət müharibələrinin bir təzahürü olduğunu vurğulayıb.

Prezident Aparatının sözçüsü yeni növ koronavirus epidemiyasının irqçiliyin artmasına sәbәb olduğu ilә bağlı xәbәrdarlıq edib.



Әlaqәli Xәbәrlәr