Vəfa Sosial Dəstək Qrupu dünyaya səsləndi

“PKK zorakılığı və terrora qarşı səfərbərlik, həmrəylik və qınama çağırışı”nda deyilir...

1418031
Vəfa Sosial Dəstək Qrupu dünyaya səsləndi

 

  14 may 2020-ci il tarixində Türkiyənin Van rayonunun Özalp qəsəbəsində Vəfa Sosial Dəstək Qrupunu (Vefa Sosyal Destek Grubu) hədəfə alan PKK terrorçularının xain hücumundan sonra ölkənin ziyalıları və QHT (Qeyri-Hökumət Təşkilatları) nümayəndələri PKK-nın zorakılıqlarla yaratmaq istədiyi nifrət ocağına etiraz bildirərək bütün dünya və Türkiyəni PKK şiddətini qınamağa çağırdılar.   

  “PKK zorakılığı və terrora qarşı səfərbərlik, həmrəylik və qınama çağırışı”nda deyilir:

  Türkiyə dünyanın bütün ölkələri kimi uzun müddətdir qlobal korona epidemiyasının yayılmasına qarşı təkbaşına mübarizə aparır, səhiyyə işçiləri başda olmaqla, bütün qurum və təşkilatlarla birlikdə uğurlu mücadilə verir, ölkənin hər qarışında vətəndaşını ac, kimsəsiz və ehtiyaclı qoymamağa çalışır. Bu mübarizənin ən uğurlu və sosioloji cəhətdən araşdırılmağa layiq hissəsi bütün ölkə üzrə təşkil edilən, AFAD (Fövqəladə Hallar Qurumu), bələdiyyələr, Qırmızı Aypara, təhlükəsizlik və digər ictimai qurum işçilərindən ibarət Vəfa Sosioloji Dəstək Qrupudur.

  14 may 2020-ci ildə PKK bizi bu gözəl Vəfa təşkilatımızla vurdu!

  Vəfa Sosioloji Dəstək Qrupu, həmişə olduğu kimi, qlobal epidemiya tədbirləri çərçivəsində karantinə alınan Vanın Eğribelen qəsəbəsi Özalp məhəlləsinə yardım apardı, payladı, vətəndaşlarla görüşdü, danışdı. Vəzifə borclarını yerinə yetirən bu insanlar könül rahatlığı ilə rayon mərkəzinə qayıdarkən arxalarından yaxınlaşan bir maşından iri çaplı silahlarla atəş açan PKK terrorçularının hücumuna məruz qaldılar: bir mülki şəxs, bir bələdiyyə işçisi həyatını itirdi, digər bələdiyyə işçisi isə yaralandı. Ağrımız böyükdür.

  Terror, şiddət və PKK üçün heç Ramazan günlərində də vəfa, yardım, can deyə dəyərlər yoxmuş.

  Sonunun necə olacağının bilinmədiyi qlobal bir epidemiyaya qarşı ümumi səfərbərlikdəyik. Bu səfərbərlik bizə İstiqlal Müharibəsini (Kurtuluş Savaşı) xatırladır, mövcudluğumuza borclu olduğumuz bir qurtuluş iradəsini!

  Biz – aşağıda imzası olanlar bu xatirə, yaddaş və iradəyə əsaslanaraq cəmiyyətin hər sahəsini - həmkarlar ittifaqlarını, peşə təşkilatlarını, siyasi partiyaları, insan haqqları təşkilatlarını, vətəndaş cəmiyyətlərini və Türkiyə Cümhuriyyətinin bütün vətəndaşlarını eyni səfərbərlik ruhu içində

- PKK-nı qınamağa, terroru qeyd-şərtsiz rədd etməyə və zorakılığına qarşı çıxmağa,

- hər birimizin Vətəni olan bu gözəl yurdda terrorsuz və şiddətsiz həyat üçün ortaq arzu və iradə inşa etməyə,

- haradan gəlirsə gəlsin, hər cür zorakılığı rədd edən, razılığa dayanan, demokratik siyasəti əvəzedilməz zəminə çevirən iradə və təşəbbüsü inkişaf etdirməyə çağırırıq.

  Türkiyə çoxdandır bu eşikdə bir kəfkir kimi yellənir, artıq eşiyi keçməliyik və keçə bilərik də.

  İctimaiyyətə hörmətlə təqdim edir:

Ertuğrul Başer, yazıçı,

Murat Yılmaz, politoloq,

Akın Özçer, yazıçı və təqaüdçü diplomat,

İlhami Mısırlıoğlu, yazıçı və jurnalist,

Tanel Demirel, professor, Çankaya Universiteti,

Aziz Kaya, diş həkimi,

Necmi Demirci, makina mühəndisi,

Sadi Yumuşak, yazıçı və tərcüməçi,

Nihat Üstün,

Alaiddin Taş, Vətəndaş Dəyişmə Dərnəyinin sədri,

Bülent Nuri Aral, vəkil,

Muhsin Kar, professor, Niğde Ömer Halisdemir Universitetinin rektoru,

Birol Akgün, professor,

Erol Göka, professor, Səhiyyə Elmləri Universiteti,

Tarkan Zengin, yazıçı,

Yaşar Hacısalihoğlu, professor, İstanbul Yeni Yüzyıl Universitetinin rektoru,

Kurtuluş Karamustafa, professor, Kayseri Universitetinin rektoru,

Hüsnü Kapu, professor, Kafkas Universitetinin rektoru,

Mahir Nakip, professor, Çankaya Universiteti,

Mehmet Şahin, professor, politoloq,

Musa Yıldız, professor, Əhməd Yəsəvi Universiteti,

Levent Uslu, Bem-Bir-Senin sədri,

Oğuzhan Aydın, dosent, Yıldırım Beyazıt Universiteti,

Ergün Yıldırım, professor, Marmara Universiteti,

Fırat Purtaş, professor, Hacı Bayram Vəli Universiteti,

Bülent Bayat, professor, Ankara Hacı Bayram Vəli Universiteti,

Hüseyin Ağır, professor, Kahramanmaraş Sütçü İmam Universiteti,

Fadime Özkan, yazıçı və jurnalist,

Həsən Öztürk, Ülke TV və “Yeni Şafak”,

Mehmet Acet, yazıçı və jurnalist,

M.Enes Kala, dosent, Yıldırım Beyazıt Üniversitesi,

Səlim Cərrah, yazışı,

Osman Horata, professor,

Nuri Karaman, vəkil, HUDER Giresun şöbə müdiri,

Yakup Ömeroğlu, Avrasya Yazarlar Birliyinin sədri,

Aytekin Şenlikoğlu, vəkil, Giresun bələdiyyə sədri,

Emin Pazarcı, “Akşam” qəzetinin Ankara təmsilçisi,

Nuriye Çakmak Çelik, jurnalist, gzt.com,        

Hacı Kantarcı, vəkil,

S.Burhanettin Kapusuzoğlu, yazıçı,

Mustafa Dağcı,

Nergis Dama, Yıldırım Beyazıt Üniversitesi,

Muhammed Cevdet Orhan, Aziziye bələdiyyə sədri,

Hale Kaplan Öz, jurnalist,

Can Acun, SETA, araştırmaçı,

Nuri Salık, Yıldırım Beyazıt Üniversitesi,

Ayşe Kilimci, yazıçı,

Cem Korkut, Yıldırım Beyazıt Üniversitesi,

Salih Yılmaz, professor, Ankara Rusya Araştırmaları İnstitusu,

Ferit Önder, Kahramanmaraş Sütçü İmam Üniversitesi,

Kürşat Birinci, politoloq,

Oğuzhan Bilgin, Ankara Hacı Bayram Vəli Universiteti,

Eyüp Aytekin, Yusufeli bələdiyyə sədri,

Ömer Faruk Kavak, mütəxəssis-həkim,

Selim Coşkun, professor, Osmaniye Korkut Ata Universiteti dekanı,

Ersin Çelik, jurnalist,

Fatih Akbaba, müəllim,

Güldalı Coşkun, yazıçı,

Hayati Ünlü, politoloq,

Gamze Demirtaş, tibb elmləri doktoru,  

Mehmet Sarı, vəkil, TÜRKAD-ın sədri,

Güngör Sezgün,

Mehmet Tuğrul, Yıldırım Beyazıt Universiteti,

Veysel Yıldırım, müəllim,

Mustafa Akyel, mühəndis,

Ufuk Coşkun, “Milat” qəzeti,

Maşallah Nar, Yıldırım Beyazıt Universiteti,

Memet Çelik, həmkarlar ittifaqından təqaüdçü,

Merve Seren, Yıldırım Beyazıt Universiteti,

Murad Kafadar, “Megapoll” Araşdırma və Məsləhət Qurumunun direktoru,

Sadullah Özcan, jurnalist və yazıçı,

Mustafa Çöl, Sandıklı bələdiyyə sədri,

Adil Ülgen,

Mehmet Sertac Demirtaş, biznesmen,

Əli K.Metin, yazıçı,

Nihat Üstün, bankdan təqaüdçü,

Hikmət Keleş, dükan sahibi,

A.Mustafa Güvenli, Ərzurum QHT Platformasının sədri,

Esen Çoban, İqtisadi-Mülki Dəyişmə Dərnəyinin üzvü,

Abdurrahman Aktaş, tibb elmləri doktoru,

İsmet Keten, TRT-dən təqaüdçü,

İsmail Hakkı Tekin, vəkil,

Yavuz Coşkun, akademik,

Nazım H.Polat, professor,

Erhan İçener, dosent, İstanbul Sabahattin Zaim Universitesi.   



Әlaqәli Xәbәrlәr