Rusiya və ABŞ Türkiyə ilə bağlı öhdəlikləri yerinə yetirmir
Separatçı terror təşkilatı YPG/PKK ölkənin şimal-şərqində - Türkiyə sərhədi yaxınlığında tunel və xəndək qazma işlərini davam etdirir
Rusiya və Amerika Birləşmiş Ştatları üzərlərinə öhdəlik götürmələrinə baxmayaraq, Suriyada etibarlı bölgədən çəkilməyən separatçı terror təşkilatı YPG/PKK ölkənin şimal-şərqində - Türkiyə sərhədi yaxınlığında tunel və səngər qazma işlərini davam etdirir. Belə ki, YPG/PKK-nın Türkiyə sərhədində yerləşən Haseki qəsəbəsinin Qamışlı mərkəzi, qəsəbənin şimalı və Qamışlı-Amude arasındakı bölgədə son günlər qazıntı işləri artıb. Bölgəyə çox sayda tikinti texnikası göndərən terror təşkilatı mövcud tunel şəbəkələrini genişləndirir.
YPG/PKK terrorçuları 7 mayda “yol işləri görmə” bəhanəsilə Qamıslı-Amude yolunu mülki keçidə 24 saat bağlayıblar.
Türkiyə ilə Rusiya arasındakı müqaviləyə əsasən, YPG/PKK-lılar sərhəddəki Aynularab (Kobani) rayonundan geri çəkilmək yerinə burada da tunel və səngər qazmağa davam edir.
Terror təşkilatı M4 şossesində yerləşən Ayn İsa şəhərində də qazıntı işləri görür.
YPG/PKK bu tunelləri mümkün hərbi əməliyyatlara qarşı müqavimət və qəfil hücumlara qarşı qazır.
Xatırladaq ki, Türkiyə 9 oktyabr 2019-cu ildə “Sülh çeşməsi” hərəkatını həyata keçirərkən qarşı tərəflərin istəkləri üzrə ABŞ və Rusiya ilə ayrı-ayrı müqavilər bağladı. ABŞ hərəkatın getdiyi ərazini “etibarlı bölgə” olaraq qəbul etdi və YPG/PKK-nın Türkiyə sərhədindən 30 kilometr uzağa çəkiləcəyi sözünü verdi. Rusiya da 2019-cu ilin 23 oktyabrından özünün hərbi polis və Suriya ordusu qüvvələrini “Sülh çeşməsi” hərəkat bölgəsindən Türkiyə-Suriya sərhədinin Suriya tərəfinə çəkəcəyini, YPG/PKK terrorçularının silahlarıyla birlikdə sərhəddən 30 kilometr kənarlaşdıracağı təminatını üzərinə götürdü. Rusiya rəsmiləri Münbiç və Tel Rıfatdan da silahları ilə birgə YPG/PKK terrorçularını uzaqlaşdıracaqlarını bildirmişdi.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.