YTB Avstraliyadakı türk tələbələrə yardım edib

YTB Avstraliyada  yeni növ koronavirus (Covid-19) ilə mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərə görə işini itirən türk tələbələrə maddi dəstək təmin edib.

1412033
YTB Avstraliyadakı türk tələbələrə yardım edib

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları (YTB) İdarəsi  Avstraliyada  yeni növ koronavirus (Covid-19) ilə mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərə görə işini itirən türk tələbələrə maddi dəstək təmin edib.
YTB Moreland Türk Dərnəyinin Avstraliyada işləyərək təhsilini davam etdirən, lakin "Covid-19" tədbirləri səbəbiylə işsiz qalan türk tələbələrə kömək üçün hazırlanan "Diaspor Covid-19 Dəstək və Əməkdaşlıq Proqramı" na edilən müraciətini qəbul edib.
YTB bu çərçivədə dərnək vasitəsilə Melburndakı 100 tələbəyə 100 dollar məbləğindəki alış-veriş kuponu və kirayə yardımı edib.
Digər tərəfdən, YTB Ramazan ayı üçün Almaniyada Türk vətəndaşlarının təşkil etdiyi "Xeyriyyə kabineti" yardım layihəsinə ərzaq dəstəyi verib.
YTB-nin yazılı açıqlamasına görə, "Diaspor Covid-19 Dəstək və Əməkdaşlıq Proqramı" çərçivəsində Baden-Vürttemberg əyalətindəki Kirchheim unter Teck şəhərindəki "Xeyriyyə kabineti" layihəsinə 3 ton ərzaq yardımı verilib.
Din İşləri Türk İslam Birliyi (DİTİB) Sultan Əhməd Məscid Dərnəyinin təşkil etdiyi yardım layihəsinə yağ, un və makaron kimi əsas ərzaq məhsulları verilib.



Әlaqәli Xәbәrlәr