Türkiyənin göndərdiyi tibbi yardım avadanlıqları Somaliyə çatıb

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizə üçün göndərdiyi ikinci qrup tibbi yardım avadanlıqları Somaliyə çatdırılıb.

1410093
Türkiyənin göndərdiyi tibbi yardım avadanlıqları Somaliyə çatıb

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizə üçün göndərdiyi ikinci qrup tibbi yardım avadanlıqları Somaliyə çatdırılıb.
Milli Müdafiə Nazirliyinin "twitter" səhifəsində yer alan məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğanın təlimatları ilə hazırlanan və "Covid-19" ilə mübarizə aparmaq üçün istifadə edilən ikinci qrup tibbi yardım materialları Somaliyə çatdırıldı.
Səhiyyə Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən hazırlanan xərək, yataq dəsti  kimi materiallar dünən gecə paytaxt Ankara Etimesgut Hərbi Hava limanından hərəkət etmişdi.
Türkiyə Hərbi Hava Qüvvələri "A400M" tipli hərbi nəqliyyat təyyarəsinin apardığı tibbi yardım materialları ölkənin paytaxtı Moqadişuya eniş edib.
Qeyd edək ki, Türkiyə "Covid-19" ilə mübarizə çərçivəsində daha əvvəl də Somaliyə tibbi vəsait göndərmişdi.

Sənaye və texnologiya naziri Mustafa Varank şəxsi "twitter" hesabında mövzuyla bağlı paylaşım edib.
Video mesajında cihazın əhəmiyyətini qeyd edən Varank "Nazirlik olaraq Milli Texnologiya həmləsi hədəflərini həyata keçirməyə davam edəcəyik. Məharətli mühəndislərimizin səyi və cəsarətilə 14 gündə kütləvi istehsal edilən yerli reanimasiya tənəffüs cihazları da Somaliyə nəfəs oldu. Ölkəmizə və dostlarımıza ümid olacağıq" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr