Rәcәb Tayyib Әrdoğan Nazirlәr Kabinetinin yığıncağına sәdrlik edir

Videokonfrans yolu ilә keçirilәcәk yığıncağın gündәmindә normal hәyata dönmә planı olacaq.

1410245
Rәcәb Tayyib Әrdoğan Nazirlәr Kabinetinin yığıncağına sәdrlik edir

 

Nazirlәr Kabinetinin yığıncağı bu gün Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirilir.

Videokonfrans yolu ilә keçirilәcәk yığıncağın gündәmindә normal hәyata dönmә planı olacaq.

Dörd mәrhәlәdәn ibarәt olan plana əsasən insanların sağlamlığına təhlükə yaratmadan tədricən normal həyata dönmə prosesi başlamalıdır.

Plana әsasәn, may ayı ilkin hazırlıq mәrhәlәsi olacaq.

Ramazan bayramından sonra planın ikinci mәrhәlәsi hәyata keçirilәcәk.

Tәhsil-tәdris  prosesi iyunun 1-dәn başlayacaq. Mәktәblәr iyunun 1-dәn etibarәn açılacaq. Bu dövrdə şəhərlərarası nəqliyyatın açılması və turizm məkanlarının fәaliyyәtә keçmәsi  gözlənilir.

İkinci mərhələdə hər şey yolunda gedərsə, epidemiya ilə ciddi mübarizəyə ehtiyac qalmazsa, üçüncü mərhələ başlanacaq. Sentyabrda başlayacaq bu dövrdə təhsil sahәsindәki addımlar davam etdirilәcәk vә  koronavirus  peyvəndinin hazırlanması üçün  işlər sürətləndiriləcək.

Gәlәn ilin әvvәlindәn etibarәn dördüncü vә son mәrhәlә hәyata keçirilәcәk. Bu dövrdə epidemiyanın tamamilə sovuşduğu qənaətinə gəlinərsə, hər sahədə həyat normal məcraya qayıdacaq.



Әlaqәli Xәbәrlәr