ABŞ Türkiyəyə təşəkkür etdi

Onlar “twitter”də paylaşdıqları yazılarda bildiriblər...

1409678
ABŞ Türkiyəyə təşəkkür etdi

 

  Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin katibi Mayk Pompeo yeni tip korona virusu (Covid-19) epidemiyasından ən çox təsirlənən ölkələrdən biri olan ABŞ-a göndərdiyi tibbi yardım üçün Türkiyəyə təşəkkür etdi.

  “Twitter”də paylaşdığı açıqlamada M.Pompeo bildirib: "NATO müttəfiqimiz Türkiyəyə minnətdarıq. Türkiyənin dəstəkləri dünyanın dörd bir tərəfində “Covid-19”la mübarizə aparan Amerika şirkətlərinə yardımçı oldu. Bu vəziyyəti birlikdə atlatacağıq."

  ABŞ Nümayəndələr Palatasının millət vəkilləri də “twitter”dən Türkiyəyə təşəkkür çatdırıblar. Respublikaçı Partiyadan olan deputat Aleks Muni (Alex Mooney) yazıb: “Türkiyənin ABŞ-a epidemiya ilə mübarizə üçün göndərdiyi tibbi avadanlığı yaxşı niyyət və həmrəylik jesti olaraq qəbul edirik. NATO üzvü Türkiyəyə bu böhranlı zamanlarda göstərdiyi əsl müttəfiqliyə görə təşəkkür edirəm."  

  Nümayəndələr Palatası Türk Dostluq Qrupunun üzvü olan Stiv Şabo (Steve Chabot), Demokrat Partiyadan olan deputat Elsi Hastinqs (Alcee Hasting), Cənubi Karolina üzrə millər vəkili Co Uilson (Joe Wilson) da bənzər yazılı təşəkkür mətnləri paylaşıblar.



Әlaqәli Xәbәrlәr