Ərdoğan videokonfrans yolu ilə xəstələrlə görüşdü

Türkiyə Prezident Aparatı “twitter” hesabından verilən məlumata görə

1409046
Ərdoğan videokonfrans yolu ilə xəstələrlə görüşdü

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans yolu ilə İstanbulda yeni növ korona virusuna (Covid-19) görə müalicə alan xəstələrlə görüşüb.

  Türkiyə Prezident Aparatı “twitter” hesabından verilən məlumata görə, Ərdoğan İstanbul Universiteti-Cerrahpaşa (İÜC) Cerrahpaşa Tibb Fakültəsi Xəstəxanasına bağlanıb və xəstələrlə videokonfrans yoluyla danışıb.

  Videobağlantı zamanı administrasiyanın mətbuat katibi Fəxrəddin Altun və Prezident Aparatının sözçüsü İbrahim Kalın da Tarabyadakı Huber Köşkündə prezident Ərdoğanla birlikdə olublar.



Әlaqәli Xәbәrlәr