Türkiyә Aİ-nin Afrindә törәdilәn hücumla bağlı açıqlamasına reaksiya göstәrib

Türkiyə Avropa İttifaqının separatçı terror təşkilatı PKK / YPG-nin Suriyanın Afrin qәsәbәsindә törәdilәn terror hücumu ilә bağlı açıqlamasına reaksiya göstәrib.

1408231
Türkiyә Aİ-nin Afrindә törәdilәn hücumla bağlı açıqlamasına reaksiya göstәrib

 

Türkiyə Avropa İttifaqının separatçı  terror təşkilatı PKK / YPG-nin Suriyanın Afrin qәsәbәsindә törәtdiyi terror hücumu ilә bağlı açıqlamasına reaksiya göstәrib.

Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun rәsmi ‘‘Twitter’’ sәhifәsindә Avropa İttifaqının açıqlamasına münasibәt bildirib.

‘‘Terror tәşkilatına atәşkәslә bağlı çağırış edilmәz. Terror lәnәtlәnmәlidir.Terrorçulara qarşı mübarizә aparılmalıdır’’ deyәn Fәxrәddin Altun bildirib ki, tәәssüf ki, Aİ-nin hәlә dә terrorla mübarizәdә lazımi yerdә dura bilmәdiyini görürük. Bu qәbuledilmәzdir. Bu günәdәk edilәn bütün xәbәrdarlıqlarımıza baxmayaraq PKK/YPG-ni dәstәklәyәnlәr vә öz ölkәlәrindә fәaliyyәt göstәrmәsinә icazә verәnlәr dünәn Afrindә törәdilәn qәtliama görә mәsuliyyәt daşıyanlar arasındadırlar.
Altun terrorun dinc әhaliyә, sülhә vә sabitliyi zәrәr verdiyini ifadә edәrәk vurğulayıb ki, biz Türkiyәyik. Terrorun hәr növünә qarşı mübarizә apardıq  vә aparmağa da davam edәcәyik.

Avropa İttifaqının Xarici Әlәqәlәr üzrә Xidmәtinin Afrin qәsәbәsindә minalanmış avtomobil ilә törәdilәn terror aktı ilә bağlı verdiyi açıqlamasında bu ifadәlәrә yer verilib: ‘‘Suriyanın Afrin bölgәsindә törәdilәn hücumun heç bir açıqlaması ola bilmәz. Hücumu törәdәnlәr cavab vermәlidirlәr’’.

Qeyd edәk ki, açıqlamada terror tәşkilatı PKK/YPG-nin adı çәkilmәyib.



Әlaqәli Xәbәrlәr